Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiyanın qonşusu ABŞ-la hərbi müqavilə imzaladı

Polşa bu gün ABŞ-la F-35 təyyarələrinin alınmasına dair razılaşma imzalayacaq.

Müqaviləyə əsasən, Varşava ABŞ-dan 32 ədəd F-35A təyyarəsi alacaq.

Müqavilənin imzalanma mərasimində Polşa Prezidenti Anjey Dudanın da iştirak edəcəyi qeyd edilib.

Qeyd edək ki, F-35-lər Polşa ordusunda MiQ-29-ları əvəzləyəcək.

***

Polşanın hakimiyyət orqanları beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayıb.

İmzalanma mərasimində ölkə Prezidenti Anjey Dudanın da iştirak etdiyi müqaviləyə əsasən, Polşa ABŞ-dan 32 ədəd F-35 təyyarəsi alacaq. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, sazişin dəyəri 4,6 milyard dollar, bir təyyarənin qiyməti 87 milyon dollardır. Müqavilə, həmçinin pilotların təlimini, simulyatorlar çatdırılmasını, logistik dəstəyi nəzərdə tutur. İlk qırıcılar ölkəyə 2026-cı ildə çatdırılacaq. Pilotların təliminə isə 2024-cü ildə ABŞ-da başlanması planlaşdırılır.

Hazırda Polşa hərbi hava qüvvələrinin arsenalında 27 ədəd MİQ-29, habelə 48 ədəd F-16 və 18 Su-22 qırıcı təyyarələri var. Çoxməqsədli döyüş təyyarəsi olan F-35 nüvə silahı daşımağa da qadirdir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə