Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiyaya şimaldan gözlənilməz zərbə...

Finlandiya və Estoniya Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlamaq istəyir.

, Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

"Biz sahilyanı müdafiə raket sistemlərimizi inteqrasiya etməliyik. Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin genişliyindən çoxdur. Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq", - Pevkur bildirib.

Onun sözlərinə görə, Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Belə olduğu təqdirdə vəziyyət dəyişəcək:

"Hamı başa düşməlidir ki, Norveç, Finlandiya və digər Baltikyanı ölkələr NATO-nun şərq qanadıdır. Biz təkcə Finlandiya, Estoniya, Latviya, Litvanı və ya digər şərqi NATO ölkələrini qorumuruq, biz birlikdəyik. Əgər NATO haqqında danışırıqsa, onda ən vacib olan beşinci maddəni xatırlatmalıyıq: bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə