Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi haqlı olaraq Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub   



Heç də bədii keyfiyyəti ilə yox, nankorluq nümunəsi kimi gündəmə gələn Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi haqlı olaraq Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub. Bildirilir ki, tamamilə xalqımız, dövlətimizin mənafeyi, milli dəyərləri əleyhinə yönəlmiş bu "film"lə özünün antimilli mövqeyini bir daha ortaya qoyan İbrahimbəyovun xəyanəti bağışlanıla bilməz və ona qarşı ciddi tədbirlər görülməlidir. 

Əsrlər boyu azərbaycanlılara qarşı soyqırımlar törədən, işğalçılıq siyasəti yürüdən ermənilər dünyaya özlərini məzlum xalq kimi göstərməyə çalışıblar. Bu yolla ərazi iddialarını reallaşdırmaq istəyirlər. Onların işğalçılıq siyasətinin mərkəzində də məhz bu ideologiya dayanır. Tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində əməli addımların atıldığı, ideoloji mübarizənin aparıldığı bir vaxtda, ermənilərin saxtakarlığına şərik çıxan həmvətənlərimizin olması isə təəssüf doğurur. “Qafqaz üçlüyü" filmi ilə özünün antimilli mövqeyini bir daha ortaya qoyan Rüstəm İbrahimbəyovun xəyanətkarlığı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. İftira ve böhtanlar birmənalı şəkildə rədd edilərək bildirilir ki, onun bu hərəkəti cəzasız qalmamalıdır. İctimai qınaqla tanaşı, hüquqi baxımdan da öz qiymətini almalıdır.

Mövcud reallıqların təhrifi ilə açıq-aşkar düşmənə xidmət nümunəsinə çevrilən "Qafqaz üçlüyü" filmi müəllifinin xislətini əks etdirir. Azərbaycan xalqını, onun dəyərlərini hədəfə alan Rüstem İbrahimbəyov bu cür filmlər çəkməklə özünə şöhrət qazanacağını düşünür. Azərbaycanlıları qəddar, mədəniyyətsiz  xalq kimi təqdim edərək erməni diaspor təşkilatlarının anti-Azərbaycan təbliğatına dəstək verir.

"Qafqaz üçlüyü" filmi öz kökünə dönük çıxan Rüstem İbrahimbəyovun Azərbaycanı və azərbaycanlıları qətiyyən sevmədiyini göstərdi. Belə olmasaydı zəngin tarixi olan və tolerantlığı, qonaqpərvərliyi ilə dünyada nümunə göstərilən Azərbaycan xalqı haqqında təhriflərə yol verməzdi. Torpaqlarımızın 20 faizinin işğalını, Xocalı soyqırımını, bir milyondan çox qaçqın və məcburi köçkünün yurd həsrətini ekranlaşdırardı. Vətən, xalq təəssübkeşliyi olmayan birinin bu cür mövqeyi xəyanətdir. Xəyanət isə cəzasız qala bilməz. Ona ən böyük cavabı xalq verəcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə