Saakaşvili: Ailəm Stalini qorudu, o isə...
Babam bolşevikləri, o cümlədən gələcək sovet diktatoru İosif Stalini maliyyələşdirib.
Xeberinmerkezi.az xəbər verir ki, bunu Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili deyib.
O, Stalinin sonralar onu tanıyan ailəni sevmədiyini bildirib:
“Məni tərbiyə edən nənəm Qafqazın ən zəngin adamlarından biri olub. O, nəhəng manqan yataqlarının sahibi idi və bolşevikləri, o cümlədən Stalini maliyyələşdirib. Stalin onların evində tez-tez gizlənib. Bir dəfə onları çar jandarmeriyası mühasirəyə alıb. Mənim nənəm o zaman balaca olub və Stalini o mühasirədən çıxarmağı bu balaca qıza tapşırıblar. Nənəm deyirdi ki, Stalin çox həyəcanlı idi, onun əlləri tərləmişdi. Bolşeviklər sonradan hakimiyyətə gələndə onun atasını həbs etdilər. Onlar Stalinə məktub yazdılar ki, biz sənə sığınacaq verdik, bu da sənin minnətdarlığındır? Onu birinci dəfə buraxdılar.
Bundan sonra ulu babamın bütün sərvətini əlindən aldılar və ailəsi ilə birgə evindən qovdular.
İkinci dəfə onu 1937-ci ildə həbs edib, düşərgəyə göndəriblər. Nənəmin qardaşı, məşhur şair Qriqol Abaşidze Kremlə getdi. Orada Stalin və Beriya var idi. Stalin ondan soruşub ki, məndən nə istəyirsən? O da deyib ki, mənim atam düşərgədədir, bəlkə onu buraxasan. Stalin isə Beriyaya müraciət edərək, “bu dəfə onları buraxın, gələn dəfə pis nəsə olsa, hamınızı bir yerdə güllələyərik” deyib.
Bundan sonra isə o gülüb və babamı buraxıblar. Babamı buraxanda deyiblər ki, ona yol boyunca qətiyyən yemək verməsinlər, əks təqdirdə o dərhal ölə bilər. Abaşidze deyirdi ki, onu heyvani vəziyyətə gətirmişdilər”.