Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Sabah “Formula-1”: Azərbaycan Qran-prisi start götürür



Sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Apasport.az saytının məlumatına görə, paytaxtımızda ardıcıl üçüncü dəfə keçiriləcək yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. 

Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü sınağında saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.

İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu “Jamiroquai”  konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq.

Sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə