Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Sabiq nazir agentdən danışanda kimi qəsd edir?

Mənə çox maraqlıdır: niyə bizdə KQB arxivlərinin açılmasını tələb etmirlər? Belə alınıb ki, o sənədlər Rusiyaya köçürülüb, ancaq surətləri başqa ölkələrin əlinə keçib. Başqa sözlə, o sənədlər yalnız Azərbaycan vətəndaşları üçün məxfidir... Açılsaydı, xalq kimin kim olduğunu dəqiq bilərdi.

Xəbərin mərkəzi az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında qeyd edib.

Xatırladaq ki, sabiq səfir İsfəndiyar Vahabzadənin məlum qalmaqallı açıqlaması ilə bağlı onun QRU-ya çalışdığı iddiası ortaya çıxıb. Belə ki, İ.Vahabzadə 1976-79-cu illərdə İran Hərbi Nazirliyində hərbi tərcüməçi, 1983-85-ci illərdə isə Əfqanıstandakı sovet ordusunda (SSRİ Silahlı Qüvvələri) hərbi tərcüməçi işləyib.

Tofiq Zülfüqarovun məhz bu məqamda “KQB arxivi” məsələsini ortaya atması müzkirələrə səbəb olub. Sabiq nazir kimə eyham vurub?

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə