Sadıqov Bakıda: Elçin Quliyevlə at yarışını izlədi
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıqovun Bakıda lentə alınan yeni görüntüləri yayılıb.
Xeberinmerkezi.az xəbər verir ki, DSX tərəfindən yayılan videonun ötən ay Bakıda at yarışları zamanı lentə alındığı məlum olub.
Belə ki, N.Sadıqov Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşərək, Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
Xatırladaq ki, Nəcməddin Sadıqov 2020-ci ilin oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsindən azad edilib.