Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Şagirdlərə dərsliklərin paylanılmasına başlanıldı


2020-2021-ci tədris ili üzrə geri yığılan, eləcə də yeni çap edilən dərsliklərin məktəblərə və şagirdlərə çatdırılmasına artıq başlanılıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, prosesin əsasən 4 sentyabradək həyata keçirilməsi, 15 sentyabradək isə tam yekunlaşması nəzərdə tutulub. 

Şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilməsinə, prosesdə iştirak edən hər iki tərəfin yüksək məsuliyyət nümayiş etdirməsinə dair müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə kağız dərslik və metodik vəsait çap edilib. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə