Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Sağlam Təhsil - Sağlam Millət” adlı elmi-praktiki konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam Təhsil - Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirildi.

Konfransda məktəbyaşlı uşaqların inkişafı onların maarifləndirilməsi, təhsili və ən asası sağlamlığının qorunması istiqamətindəki mühüm vəzifələr və həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Bir neçə dövlət qurumunun iştirakı layihənin həyata keçirilməsi istiqamətində görülən işlər və müsbət göstəricilər, habelə təhsil sahəsində olan problemlər və həlli yollarının araşdırılması, sağlam həyat və mühitin şagirdlər həyatındakı mühüm rolu kimi mövzular geniş müzakirə olundu.

Konfransda iştirak edən Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası Elmi-Tədqiqat İnstitutunun direktoru, professor V. Kuçmanın çıxışları geniş marağa səbəb oldu.

Tədbirdə iştirak edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bir necə səlahiyyətli nümayəndəsi “Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və sağlam həyat tərzinin formalaşmasının işlək modeli olan “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsi” haqqında, “Bütöv məktəb yanaşması olan “Sağlamlığı təşviq edən Məktəblər”, sistemli şəkildə bütün məktəbli uşaqların və məktəbdə işləyən müəllim və qeyri-müəllim əməkdaşların rifahı və sağlamlığına yönəlmiş tədbirlər həyata keçirildiyi haqda məruzə ilə çıxış etdi. Bildirildi ki, müxtəlif Avropa ölkələrində və ABŞ-da fərqli terminlərlə ifadə edilsə belə, məqsəd eynidir hər kəs məktəblərdə sağlamlığın təbliğinə üstünlük verir.

İSİM rəsmisi uşaqların məktəb illərində düzgün şəraitdə inkişafı, sağlam həyat tərzinə riayət edilməsi, düzgün qidalanması ən mühüm məsələ olduğunu vurğuladı.

Eyni zamanda təhsil alan məktəblilərin ən çox əziyyət çəkdiyi xəstəliklər: qamətin pozulması, skolioz, kifoz, lordoz, görmə problemləri, həzm və sinir sistemi xəstəlikləri və bunların qarşısının lazımi profilaktik tədbirlər vasitəsilə alınması yolları da tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam Təhsil - Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə