Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Şahzadə Harri Britaniyanı tərk etdi - FOTO


Şahzadə Harri Böyük Britaniyanı tərk edərək Kanadaya - həyat yoldaşı Meqan Markl və və səkkiz aylıq oğlu Arçinin yanına gedib.

Bu barədə “The Sun” xəbər yayıb.

Uçuşdan əvvəl Sasseks hersoqu Britaniya-Afrika investisiya sammitində iştirak edib və baş nazir Boris Consonla söhbət edib.

Xatırladaq ki, yanvarın əvvəlində Şahzadə Harri və Meqan Markl kral ailəsinin böyük üzvləri statusundan və puldan imtina etdiklərini elan ediblər. Onlar bu yolla maliyyə müstəqilliyi əldə etmək istədiklərini deyiblər.

Kraliça Elizabet nəvəsinin bu qərarından kədərlənsə də, gənc ailəni dəstəklədiyini bəyan edib.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə