Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Saleh Səmədov həbs edilib

Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.

Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR