Salyan sakinini Bakıda avtomobil vuraraq öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, sentyabrın 2-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Yardımlı rayon sakini O.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Tamaşa Məlikovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.