Samir Zamanov: “Badamdar qəsəbəsi Ulu Öndərin ənənəsinə sadiqdir”
Ölkə rəhbərliyinin paytaxtımız Bakı şəhərinə və onun ətraf qəsəbələrinə olan diqqət və qayğısı nəticəsində son vaxtlar Səbail rayonunda, həmçinin rayonun inkişaf edən Badamdar qəsəbəsində bir sıra işlər görülüb və görülməkdə davam edir. Xüsusilə qeyd edək ki, Səbail rayon İcra Hakimiyyəti başçısının, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar qəsəbə nümayəndəliyinin qəsəbə sakinlərinin iştirakı ilə keçirilən istənilən tədbirdə qəsəbədə görülmüş işlər qiymətləndirilir, həmçinin qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunur. Səbail rayon rəhbərliyinin yerli nümayəndələrindən tələbi odur ki, onlar daima vətəndaşın yanında olmasıdır ki, səlahiyyətləri çərçivəsində olan problemlərini yerində həll etməli, digərlərini isə təxirə salınmadan əlaqədar qurumlara çatdırmasıdır. Bir daha diqqət və nəzərinizə çatdırım ki, Badamdar qəsəbəsi Bakının kifayət qədər inkişaf etmiş qəsəbələrindən biridir. Təbii ki, burada yerli rəhbərlik qarşısında duran vəzifələrdən vacibi odur ki, əldə olunmuş nəticəni mövcud səviyyədə saxlamaq qəsəbənin ərazisinin maksimum yaşıllaşdırılmasına nail olmaqdır. Yaşıllaşdırma ilə bağlı Səbail rayon Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovla qısa söhbətimiz əsnasında bildirdi ki, ötən il Səbail RİH-nin təşəbbüsü və təşkilatçılığı ilə
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib. Səbaildə Aksiya zamanı Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən yaşıllıq zolağında 100 ədəd “Eldar şamı” əkilib. Hər bir kəs gözəl bilir ki, ümummilli liderimiz Heydər Əliyev bu məsələyə necə hassaslıqla yanaşırdı. Biz də Ulu Öndərimizin bu müqəddəs ənənəsini, hesab edirəm ki, layiqincə davam etdirərək ötən bir il ərzində salınan yaşıllıqların 100 faiz qorunub saxlanmasına nail olmuşuq. Samir Zamanov onu da əlavə etdi ki, qarşıdan 15 iyun Qurtuluş günü gəlir. Bu möhtəşəm gün münasibətilə hər kəsi təbrik edirəm və bir vətəndaş olaraq demək istəyirəm ki, istər ağac əkmək olsun, istərsə də bu kimi işləri həyata keçirməklə Heydər Əliyevin arzu və istəklərini həyata keçirmiş oluruq ki, bununla da onun da ruhunu şad etmiş oluruq.
