Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Sandu elan etdi: AB üzvlüyü üçün artıq referendum keçiriləcək

Moldovada ölkənin Avropa Birliyinə daxil olması ilə bağlı referendum keçiriləcək.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

“İndi ölkəmiz Avropa Birliyi üzvlüyünə namizəddir. Biz Avropa Birliyi üzvlüyünə daha yaxın və hazır olanda vətəndaşların bu barədə istəklərini öyrənmək üçün ölkədə referendum keçiriləcək. Hər şey bizdən asılıdır. Bir çox ölkələr illərdir Avropa Birliyinə daxil olmağı gözləyirlər. Hər bir vətəndaşın seçim imkanı olacaq”, - deyə Maya Sandu bildirib.

Xatırladaq ki, Moldova cari ilin iyunun 23-də AB-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə