Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
SOCAR təchizat idarəsinin rəis müavini Fuad Həziyevin çoxsaylı şirkətlərinin olduğu üzə çıxıb.
 xeberinmerkezi.az yerli KİV-lərə istinadən bildirir ki, F.Həziyev ölkənin spirtli içkilər biznesinin əsas sahiblərindən biri hesab olunur. Belə ki, son bir ildə adı ən çox hallanan “Baku-Spirits” alkoqol məhsulları istehsal edən şirkət F.Həziyevə məxsus olduğu deyilir.


Bir il öncə fəaliyyətə başlamasına baxmayaraq zavodun istehsalı olan ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО çeşidli araq məhsulları bütün bazarı əhatə edib. Ancaq məsələ bununla bitmir. Belə ki, bu şəxsin məlum spirtli içkilər biznesi ölkədə ilk növbədə çörəyin bahalaşmasına səbəb olur. Bu isə bütövlükdə ölkədə narazılığı şərtləndirən bir xüsusdur. Xüsusilə qeyd edək ki, son zamanlar bir çox məmurların xaricdə və daxildə sözügedən bizneslərinin mövcudluğu mətbuatda geniş dərc olunmaqdadır. Yerigəlmişkən ictimaiyyət heç də bu məsələlərə laqeyd deyil. Hər bir məmur dərk etməlidir ki, artıq asan yolla varlanmağın vaxtı çoxdan keçib. Bunu gözardı edənlər isə qanun qarşısında mütləq  cavab verəcəklər.Buna heç kimin şübhəsi olmasın. Hazır ki, məlum kadr islahatları onu deməyə əsas verir ki, Müstəqil Azərbaycan bundan sonra da, onun inkişafına xələl gətirənlərə güzəşt etməyəcəkdir.



Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə