Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Şok xəbər: Haftarın qaçdığı söylənilir

 Liviyada davam edən son proseslərlə bağlı müsahibəsini təqdim edir:

- Qərb siyasi dairələrində Liviyanın artıq “Türkiyənin Liviyası” olduğu haqda rəy formalaşdığı bildirilir. Sizcə, bu təyin nə qədər yerindədir?

- Təbii ki, hazırda Liviyada baş verən proseslərdə Türkiyə faktorunu xüsusi qeyd etmək lazımdır. Bu gün Sərrac hökuməti Türkiyənin dəstəyi ilə Haftara qarşı faktiki bir üstünlük əldə etməkdədir. Ankaranın Sərrac hökumətinə verdiyi dəstək Liviyada siyasi tarazlığı ciddi ölçüdə dəyişib. Devrilmək təhlükəsi ilə üz-üzə olan Sərrac hökuməti qələbəyə çox yaxındır.

Lakin bununla belə düşünmürəm ki, Liviya artıq “Türkiyənin Liviyası”dır. Qərbi Avropa ölkələri məsələni yenə öz tərzincə şərh edir. Türkiyənin regionda apardığı başlıca xarici siyasət ölkənin tarixi maraqlarına əsaslanır. Yəni hər bir suveren ölkə kimi Türkiyə də öz maraqlarını qorumağa çalışır. Haftarın Liviyada məğlub olması Aralıq dənizində Türkiyəyə müttəfiq bir Liviya deməkdir. Bu isə Qərbi Avropa ölkələrinin heç də hamısının maraqlarına uyğun deyil.

- Misir lideri Əbdülfəttah Sisi Liviyada atəşkəsin əldə edilməsi üçün “Qahirə bəyannaməsi”ni təklif edib. Sizcə, Sərrac hökuməti buna razı olacaq?

- Liviyada atəşkəsin əldə edilməsi üçün bundan öncə də dəfələrlə təkliflər olunub. Haftar isə bu səylərin heç birinə müsbət cavab verməyib və Sərrac hökumətini devirməklə hədələyib. Yəni faktiki olaraq bu gün Liviyada sülhün əldə edilməməsində başlıca günahkar Haftarın özüdür.

Hazırda isə Liviyada siyasi tarazlıq Haftardan Sərracın lehinə dəyişib. Diqqət etsəniz, görə bilərsiniz ki, Sərracın Türkiyənin dəstəyi ilə Haftara qarşı üstünlük əldə etməsinin ardınca Əbdülfəttah Sisi Liviyada atəşkəsin əldə edilməsi üçün “Qahirə bəyannaməsi”ni təklif edib. Hazırda Liviyada atəşkəsin əldə edilməsi mövcud şərtlərdə çətindir.

Digər tərəfdən, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviya ilə bağlı atəşkəs çağırışı haqda “bizim üçün ölü doğulub” demişdi. Bu gün Liviyada atəşkəs yalnız BMT nəzarətində qəbul edilə bilər.

- Xəlifə Haftara aid özəl təyyarə sirli bir şəkildə Venesuelanın paytaxtı Karakasa gəlib. Haftar məğlub olacağını anlayıb və Liviyadan qaçıb?

- Xəlifə Haftarın Liviyadan qaçması ehtimalı var. Bununla bağlı xəbərlər yayılmaqdadır. Hətta Venesuelanın müxalifət lideri Xuan Quaido Haftarın Karakasa gəldiyini deyib. Venesuelanın rəsmi dairələri isə məsələni fərqli şərh edib. Maraqlı məqam isə Haftarın özünün də bir müddətdir ortalıqda olmamasıdır.

Latın Amerikası ölkələri XX əsrdə də bir çox diktatorun devrildikdən sonra üz tutduğu yerdir. Yəni Haftarın da mövcud vəziyyətini nəzərə alsaq, belə bir ehtimal mümkündür.

- Liviyanın qətlə yetirilmiş sabiq lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib. Onun bu niyyəti Haftardan sonra Liviyada yeni bir vətəndaş müharibəsinə gətirib çıxara bilərmi?

- Liviyada uzun müddətdir ki, hakimiyyət uğrunda mübarizə gedir. Dövlət ciddi ölçüdə zəifləyib. Belə bir halda Liviyada əşirətlərin yeni bir qüvvəyə dəstək verməsi ehtimalı inandırıcı deyil. Lakin bununla belə, Qəzzafinin oğlu ilə bağlı hər hansı ssenarini də istisna etmək olmaz. Çünki Liviyada istənilən halda böyük güclərin marağı var. Çünki Liviya təkcə Yaxın Şərq deyil, həm də Şimali Afrika deməkdir. Liviya zəngin neft yataqları və geosiyasi coğrafiya deməkdir. Buna görə də həmin regionda hər zaman potensial münaqişə üçün səbəb, səbəbkar və bunu maliyyələşdirib dəstək verəcək böyük güclər olacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə