Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Stoltenberq Gürcüstana gəlir



NATO-nun Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər edəcək.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə o, Brüsseldə mətbuat konfransında bildirib.

“Bir neçə dəfə Gürcüstanda olmuşam və tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. Gürcüstana mesajım, əlbəttə ki, islahatlardır. NATO dəyərlərə, demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara cavab verməsi vacibdir”, - Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan NATO-nun dəyərli tərəfdaşıdır və bütün Avropa ölkələri kimi, öz yolunu seçmək hüququ var.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə