Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Sumqayıtda müəssisədə kütləvi zəhərlənmə


Bu gün saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü  şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə sənaye zonasında fəaliyyət göstərən yuyucu vasitələr istehsal edən müəssisədə baş verib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR