Bakı şəhər Ümumi Təhsil Məktəbləri arasında Suraxanı rayonu 89 saylı tam orta məktəb xüsusi ilə fərqlənir. Təbii ki, istənilən təhsil müəssisənin uğuru onun məzunlarının ali və orta təhsil ocaqlarına qəbulunun faizi ilə ölçülür, amma 89 saylı məktəbin məzunlarının ali məqsədi təkcə ali məktəbə qəbul olunmaq deyil, həm də yüksək balla qəbul olunmaqdır. Ona görə də heç də təsadüfi deyil ki, məzunlarının əksəriyyətinin topladığı ballar yüksək olur. Bu məktəb həm də Respublikada və onun hüdudlarından kənarda keçirilən müxtəlif yarışlarda da uğurla iştirak edir.
Yuxarıda qeyd etdiyimiz kimi istənilən halda hər bir ümümtəhsil məktəbinin uğurları məzunlarının ali və orta ixtisas müəssisələrinə qəbulunun faizi ilə ölçülür ki, biz də bunları nəzərə alıb 89 saylı məktəbi ali təhsil müəssələrinə qəbul olan məzunların adlarının və qəbul olduqları ali məktəblərlə yanaşı topladıqları balı xüsusi ilə qeyd etməyi qərara aldıq. Onlardan:
№ | S.A.A | Topladığı bal | Daxil olduğu müəssisə |
1. | Rəhimov Əliağa Azad oğlu | TOEFL | Azərbaycan Diplomatik Akademiyası |
2. | Əsədli Gülnar Aydın qızı | 539 | Bakı Dövlət Universiteti |
3. | Rzayeva Gülsüm Əbülfəz qızı | 539 | Azərbaycan Dillər Universiteti |
4. | Tağızadə Səma Elbəy qızı | 531 | Azərbaycan Turizm və Menecment |
5. | Sultanov İlkin Toğrul oğlu | 528 | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
6. | Sultanzadə Həmid Fərrux oğlu | 521 | Azərbaycan Texniki Universiteti |
7. | Həmzəyev Eldar Kamal oğlu | 488 | Azərbaycan Dövlət İqtisad Universiteti |
8. | Yusupov Emil Sabir oğlu | 483 | Azərbaycan Dövlət İqtisad Universiteti |
9. | Heydərzadə Rəşad Rəşid oğlu | 443 | Bakı Dövlət Universiteti |
10. | Cəfərli Elməddin Həsən oğlu | 405 | Azərbaycan Texniki Universiteti |
11. | Zöhrablı Fatimə Rövşən qızı | 389 | Bakı Dövlət Universiteti |
12. | Naşırova Emiliya Roland qızı | 349 | Bakı Dövlət Universiteti |
13. | Ələkbərova Leyla Asəf qızı | 330 | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
14. | Hüseynova Cəmilə Telman qızı | 326 | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
15. | Ağayev Azad Azər oğlu | 261 | Azərbaycan Texniki Universiteti |
16. | Rzayev Əsgər Fizuli oğlu | 268 | Azərbaycan Turizm və Menecment Universiteti |
17. | Şəbəndəyev Oruc Tahir oğlu | 246 | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
18. | Mustafayeva Məryamxanım Faiq qızı | 243 | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
19. | Həsənov Əli Firdovsi oğlu | 231 | Azərbaycan Kooperasiya Universiteti |
20. | Bayramova Tahirə Zaur qızı | 219 | Bakı Dövlət Universiteti |
21. | Murtuzova Aysel Kamal qızı | 211 | Azərbaycan Dövlət İqtisad Universiteti |
22. | Muradlı Pünhan İntiqam oğlu | 195 | Azərbaycan Kooperasiya Universiteti |
23. | Həsənov Samir Gündüz oğlu | 45 | Sumqayıt Dövlət Universiteti |
Onu da qeyd ki, 89 saylı məktəbin direktoru Dadaş Babazadə ilə məktəbin uğurları ilə bağlı söhbətimiz zamanı çox qısa və konkret bildirdi ki, “biz sadəcə öz vəzifə borcumuzu yerinə yetiririk, və bizim əsas vəzifələrimizdən biri də ölkəmiz, dövlətimiz üçün layiqli vətandaşlar yetişdirək”.
Xəbərin Mərkəzi