Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Suraxanı Rayonu 89 Saylı Məktəbin Uğurları

Bakı şəhər Ümumi Təhsil Məktəbləri arasında Suraxanı rayonu 89 saylı tam ota məktəb xüsusi ilə fərqlənir. Təbii ki, istənilən təhsil müəssisəsinin uğuru onun məzunlarının ali və orta təhsil ocaqlarına qəbulun faizi ilə ölçülür, amma 89 saylı məktəbin şagirdlərinin ali məqsədi təkcə qəbul olmaq deyil, həm də , yüksək balla qəbul olmaqdır. Ona görə də heç də təsadüfü deyil ki, şagirdlərin əksəriyyətinin topladığı bal 500-dən yuxarı olur. Bu məktəb həm də, respublikada və onun hüdudlarından kənarda keçirilən müxtəlif yarışlarda da uğurla iştirak edir. Məktəbin 10-cu sinif şagirdi Lalə İbrahimovanın adı artıq ən azı paytaxt Bakıda tanınır çünki o, oxuduğu məktəbi layiqincə təmsil edir. Lalə ötən il Bakı və Gəncə şəhərlərində Nizami Gəncəvinin 875 iliik yubeliyinə həsr olunmuş yarişda “Nizami yaradıcılığı və musiqi” nominasiyasında “N. Gəncəvinin sözlərinə ən yaxşı vokal ifa” diplomuna layiq görülmüşdür. Uğurlarını davam etdirən Lalənin bir möhtəşəm qələbəsi də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bülbül Adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə ümumitəhsil və orta ixtisas təhsi müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsinin laureatı kimi III dərəcəli diploma layiq görülüməsidir. Ayrıca, məktəbin şagirdlərindən Aytac Məmmədova (10-cu sinif), Şayxanım Həsənova (10-cu sinif), Elvin Rzayev (9-cu sinif), Bilqeyiz Ağayeva (10-cu sinif), Emil Yiusifov (11-ci sinif), Fəridə Əlizadə (9-cu sinif), Ləman Əliyeva (9-cu sinif) Təhsil Nazirliyinin keçirdiyi fən olimpiadasının respublika mərhələsinə keçiblər.

Məktəbin şagirdlərinin uğurları həm də idman yarışlarında özünü göstərir. Buna misal olaraq Mahmudova Xalidə “Olimpiya hərəkatı” proqramı çərçivəsində Bakı şəhəri atletika idman növü üzrə birinci yeri tutduğuna görə İ dərəcəli diploma layiq görüldüyünü göstərmək olar. Qeyd edək ki, həmin yarışda bu idman növü üzrə Məmmədov Azər və Əzizov Ələkbər də I dərəcəli diploma layiq görülüblər.

XƏBƏRİN MƏRKƏZİ

Bakı şəhər Ümumi Təhsil Məktəbləri arasında Suraxanı rayonu 89 saylı tam ota məktəb xüsusi ilə fərqlənir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə