Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Noyabrın 14-də Ukrayna Prezidenti Vldimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Vladimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.

Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Vladimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlət başçıları həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR