Səfər Mehdiyev türkiyəli sahibkarlarla görüşüb
Noyabrın 4-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İzmir şöbəsinin nümayəndə heyəti ilə görüşüb.
XEBERİNMERKEZİ.AZ DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən bildirir ki, qonaqları səmimi salamlayan sədr Səfər Mehdiyev Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən söhbət açıb, bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük xidmətlərinin də rolunu qeyd edib. Komitə sədri bildirib ki, son illər regionda Azərbaycan və Türkiyənin təşəbbüsü ilə nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı layihələr əlaqələrin inkişafına mühüm töhfə verir.
Vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Ölkələrimiz arasında bütün sahələrdə səmərəli, işgüzar əlaqələr qurulub, bu əlaqələr gömrük işi sahəsində də sürətlə inkişaf edir.
Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. Hazırda Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindəki gömrük sisteminə sahib olduğunu qeyd edən Səfər Mehdiyev aparılan islahatların ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını diqqətə çatdırıb.
Komitə sədri Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, ötən ay qardaş ölkəyə səfərindən, keçirilən ikitərəfli görüşlərdən bəhs edib, xüsusilə, imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında Anlaşma Memorandumu"nun, eləcə də qarşılıqlı məlumat və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Səmimi görüşdən məmnunluğunu bildirən MÜSİAD İzmir şöbəsi nümayəndə heyətinin rəhbəri Bilal Sayqılı son illər ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və gömrük sferasında əlaqələrin inkişafından razılığını ifadə edib.
Nümayəndə heyətinin rəhbəri Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün bütün sektorlarda olduğu kimi, gömrük sahəsində də münbit şəraitin yaradıldığını, Azərbaycan gömrük sistemində aparılan islahatları yaxından izlədiklərini və müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb.
Görülən işlərin iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini vurğulayan MÜSİAD təmsilçisi, eyni zamanda, təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. Qeyd edilib ki, MÜSİAD-ın dünyanın bir çox ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir, qurum minlərlə biznes nümayəndəsini birləşdirir.
Sonra görüşdə türkiyəli iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb və bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xatırladım ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" ilə bağlı qərar qəbul olunub. Xüsusilə qeyd edim ki, sözügedən qərar gömrük idarələrində bir mənalı şəkildə gömrük əməliyyatlarının daha sürətlə və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılıb.Bu sırada Astara Gömrük İdarəsinin iş fəaliyyətini və orada ki, müşahidələrimizi qeyd etmək istərdik. Belə ki, sərəncamdan irəli gələn vəzifələr, bu, idarədə yüksək səviyyədə həyata keçirilir və mütəmadi olaraq Rayon İcra Hakimiyyəti, sahibkarlar, iş adamları və ictimaiət nümayəndələrilə birgə tədbirlər keçirilir. Müşahidələrimizə gəlincə Astara Gömrük İdarəsi və sərhəd xidmətindəki əməkdaşlarımızın çox ağır və səbr, təmkin tələb edən fəaliyyətini görüb qeyd etməmək mümkün deyil. Təsəvvür edin 24 saat ərzində sərhəddən ardı-arası kəsilməyən insan axını eyni vaxtda sərhədi həm o tərəfə həmdə bu tərəfə keçir. Yaşlı, cavan, uşaq, qadın, əcnəbi. Hər bir fərd də ayrı-ayrılıqda özünə diqqət və qayğı olunmasının fərqindədir. İşin ən məsuliyyətli tərəfi isə bu insan axnı arasında heç kimin o taya yaxud da bu taya nə məqsədlə keçdiyi alınında yazılmayıb. Bir sözlə Astara Gömrük İdarəsinində çalışanların vəzifəsini yernə yetirərkən bəzi vətəndaşların hətta arzuolunmaz davranışlarına rəğmən peşakarcasına yuxarıda qeyd etdiyimiz kimi səbr və təmkinlə davranması xüsusilə qeyd olunmalıdır. Həmçinin ölkəmizə gələn xarici vətəndaşlarında ilk təəsürratının elə sərhəddən başladığını nəzərə alsaq burda həmdə iş tək gömrük və sərhədçilərimizin peşəkar fəaliyyəti ilə bitmir. Onlarla bir sırada dayanan sadə vətəndaşlarımızda sərhəddə nümunə olmalı və sərhəd və gömrük əməkdaşlarımıza dəstək verməlidir. Hansı ki, bu hər zaman baş vermir. Unutmamalıyıq ki "Vətən sərhəddən başlayır". Vətənin keşiyini çəkmək isə hər birimizin ən müqəddəs borcumuzdur!