Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Şəhidlərin xatirəsinə ehtiram 

    Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər.

    Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR