Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Səhiyyə Nazirliyi: Çindən gələnlər üçün xüsusi tibb müəssisəsi ayrılıb

Koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar:

"Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə