Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Səhiyyə Nazirliyi sərxoş ərin yandırdığı ana ilə qızının müalicəsini öz üzərinə götürdü


Şəmkirdə Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və anası 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızının müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.

Səhiyyə Nazirliyindən Xeberinmerkezi.az-a verilən məlumata görə, yaralılar Bakı şəhər 5 saylı xəstəxananın yanıq şöbəsinə gətiriliblər.

S. Məmmədovanın bədənini 50%, M. Məsimovanın bədənini 70% yanıb.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib.

Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər qayınanası yaşayan evi yandırıb. Hadisəni 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb. Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə