Səlcuq Bayraqdar: Əl boyda körpəyə toxunan qorxaqdır
Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə...
Xeberinmerkezi.az xəbər verir ki, bunu Ermənistanın ölkəmizdə mülki vətəndaşlara qarşı hücumuna münasibət bildirən “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar tvitterdə qeyd edib.
“Müdafiəsiz məsum dinc sakinlərə, uşaqlara, əl boyda körpəyə toxunan zalımdır, qorxaqdır, canavardır...”, - deyə o bildirib.