Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Səudiyyə Ərəbistanının vəliəhdi Rusiyanı Suriyaya müdaxilə etməyə çağırıb - İDDİA

ABŞ-da Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman barəsində “Rusiyanı Suriya vətəndaş müharibəsinə müdaxilə etməyə təşviq etdiyi” üçün cinayət işi başlanıb.

“The Guardian” xəbər verir ki, Səudiyyə Daxili İşlər Nazirliyinin keçmiş kəşfiyyat işçisi Saad əl-Cəbri ABŞ-ın paytaxtı Vaşinqtonda Məhəmməd ibn Salmana qarşı iddia qaldırıb.

İddia sənədində Əl-Cəbri qeyd edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan ilə 2015-ci ilin iyul və avqust aylarında görüşüb:

“Brennan ibn Salmanın Rusiyanı Suriya vətəndaş müharibəsinə müdaxiləyə təşviq etdiyindən narahatlığını bildirib. O vaxt Rusiya Suriyadakı vətəndaş müharibəsində tərəfdaş deyildi”.

Onun sözlərinə görə, Məhəmməd ibn Salman Brennanın narahatlığını qəzəblə qarşılayıb və onunla danışıqlardan sonra işini itirərək Kanadaya sığınmalı olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə