Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Taliban Pəncşirdə strateji məntəqələri ələ keçirdi

Pəncşir vilayətində yüzlərlə Taliban döyüşçüsü öldürülüb.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Əfqanıstan Müqavimət Cəbhəsinin komandirlərindən biri CNN-ə açıqlamasında deyib.

“Pəncşiri ölkənin digər hissəsi ilə birləşdirən Havak aşırımında qızğın döyüşlər gedir. Bizim hələ də internetimiz yoxdur. Taliban yüzlərlə döyüşçüsünü itirib”, - komandir bildirib.

Əfqanıstan Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nəzərinin sözlərinə görə, Taliban hücum etməklə tərəflər arasında əldə olunmuş “centlmen sazişi”ni pozub. Nəzəri taliblərin bir neçə hərbi texnikasının da vurulduğunu qeyd edib.

***

Taliban döyüşçüləri Pəncşirdə 3 strateji məntəqəni və yol keçidlərini ələ keçirib.

Bu barədə Talibana məxsus “Taliban Tayms” Tvitter səhifəsində bildirilib.

Məlumatada tezliklə tam qələbənin əldə ediləcəyi vurğulanır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə