Tbilisidən Bakıya gələn qatarda nasazlıq yarandı
Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarında gecikmə olub.
Bununla bağlı qatarda olan sərnişinlər məlumat verib.
Bildirilib ki, gecikməyə səbəb kimi sıxlığın çox olması ilə bağlı qoşulmuş əlavə vaqonlarda yaranmış nasazlıq göstərilib.
Dünən axşam 20:35-də Tbilisdən hərəkət edən qatar 07:20-də Bakıda çatmalı olduğu halda, amma qatar 12:12-də mənzil başına çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.