Tehran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyə razılaşdı
Rəsmi Tehran 2020-ci ilin əvvəlində vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə təzminat ödəməyə razılaşıb.
IRNA-nın məlumatına görə, bu barədə İran XİN rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.
“İran təyyarəyə görə təzminat ödəməyə razılaşıb, ancaq bunun reallaşması vaxt alacaq”, - deyə A.Musəvi bildirib.
Xatırladaq ki, yanvarın 8-də vurulan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsində 176 nəfər həlak olmuşdu.