Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Tibb işçilərinin hüquqi maarifləndirilməsinə dair treninqlər davam edir

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.1-ci yarımbəndinin (korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi) icrası məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə davam etdirilir.

Belə ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Siyəzən və Quba rayonlarında təşkil olunmuş treninqlərdən sonra Bakı şəhərində, Qazax, Tovuz və Şəmkir rayonlarında da belə tədbirlər təşkil olunmuşdur.

Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.

“Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri” və “Şikayətlərin araşdırma taktikası barədə praktiki tövsiyələr” mövzularında:

1. Bakıda 25.04.2017-ci il tarixdə keçirilən treninqdə Elmi-Tədqiqat Travmatologiya İnstitutunun, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İsntitunun, Milli Onkologiya Mərkəzinin, M.Ə.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Z.Əliyeva adına Milli Oftalmologiya İnstitunun, Respublika Perinatal Mərkəzinin, Respublika Kliniki Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, 3 saylı Şəhər Klinik Xəstəxanasının və 1 saylı Respublika Psixiatriya Xəstəxanasının;

2. Qazax Müalicə Diaqnostika Mərkəzində 27.04.2017-ci il tarixdə keçirilən treninqdə Qazax Müalicə Diaqnostika Mərkəzinin, Qazax, və Ağstafa rayon mərkəzi xəstəxanalarının;

3. Tovuz Diaqnostika və Hemodializ Mərkəzində 28.04.2017-ci il tarixdə keçirilən treninqdə Tovuz Diaqnostika və Hemodializ Mərkəzinin və Tovuz Rayon Mərkəzi Xəstəxanasının;

4. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında29.04.2017-ci il tarixdə keçirilən treninqdə Şəmkir, Daşkəsən, Gədəbəy və Samux rayon mərkəzi xəstəxanalarının mütəxəssisləri iştirak etmişlər.

Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov,Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyinin nümayəndələri və s. çıxış etmişlər.

Treninqlərin digər regionlarda keçirilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

2/05/2017
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.1-ci yarımbəndinin (korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi) icrası məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə davam etdirilir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə