Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Tiflisdən partlayıcı yüklə bağlı açıqlama



Tiflis Ukraynadan Gürcüstan üzərindən Rusiyaya daşınan partlayıcı yüklə bağlı Kiyevdən əlavə məlumat gözləyir.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Basa Mqeladze bildirib.

"Bu halda biz təkcə Ukrayna ilə deyil, həm də bu yükün keçdiyi ölkələrlə əməkdaşlıq edəcəyik. Biz bu faktla bağlı Ukraynaya məlumat vermişik və onlardan istintaqa kömək edəcək əlavə məlumat gözləyirik", - Mqeladze söyləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Odessadan Voronejə daşınan yükün saxlandığını elan edib. Onlar elektromobillərin akkumulyatorlarında gizlədilən partlayıcı qurğular aşkar ediblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə