Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Tiflisə döyüşçülər toplanır: müharibə olacaq - Şxaqoşev


Vaşinqton Gürcüstanda vətəndaş müharibəsi hazırlayır, ABŞ üçün bu, sınaqdan keçirdiyi hökuməti devirmək ssenarisidir.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev deyib.

“Vaşinqton Gürcüstanda böyük vətəndaş müharibəsi hazırlayır. Döyüşçülər Ukraynadan Gürcüstana köçürüləndə bunun artıq baş verdiyi aydın olur. Maydan hadisələri zamanı döyüşçülər Gürcüstandan Ukraynaya aparıldı, indi isə Ukraynadan Gürcüstana...”, - deyə o bildirib.

Qeyd edək ki, Gürcüstanın vitse-spikeri Giya Volski ölkəyə Ukraynadan Saakaşvili tərəfdarı olan döyüşçülərin gəldiyini iddia edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə