Tramp 40 dəqiqəyə rublu çökdürdü
ABŞ Prezidenti Donald Trampın Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi haqqında tviti rublu dollar qarşısında ucuzlaşdırıb.
Axar.az xəbər verir ki, əgər Moskva vaxtı ilə 19:10-da 1 dollar 62,6 rubl idisə, Trampın tvitindən dərhal sonra - yəni 19:50-də dolların dəyəri 63,5 rubla qədər yüksəlib. Avro isə bu 40 dəqiqə ərzində 73,2 rubldan 74,1 rubla qalxıb.
Qeyd edək ki, Tramp dünən Rusiyanın ABŞ-dakı Konqres seçkisinə müdaxilə etməyə hazırlaşdığını bildirib. O, Rusiyaya qarşı onun qədər sərt davranan prezidentin olmadığını, buna görə də Moskvanın bütün gücü ilə demokratları müdafiə etməyə çalışacağını deyib.