Tramp Ərdoğanın mesajını paylaşdı
ABŞ Prezidenti Donald Tramp və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bu barədə Ağ Ev rəhbəri öz Tvitter hesabında paylaşım edib.
O, dünən ABŞ və Türkiyənin Suriyada atəşkəs razılığı barədə həmkarı ilə müzakirə apardığını bildirib.
“Kiçikmiqyaslı snayper və top atışları aradan qaldırıldı”, - deyə Tramp qeyd edib.
Dövlət başçısı həmçinin Ərdoğanın “Terrorizmi məğlub et!” paylaşımını da retvit edib.