Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Tramp “Taliban” lideri ilə telefonla danışdı

ABŞ Prezidenti Donald Trampla “Taliban” lideri arasında telefon danışığı olub.

RİA Novosti xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında D.Tramp deyib.

“Bu gün Taliban lideri ilə danışdım. Yaxşı söhbət etdik. Zorakılığın olmaması barədə razılığa gəldik. Çünki, zorakılığı istəmirik. Görək nə olacaq...”, - deyə Tramp bildirib.

“Report” xatırladır ki, cari il fevral ayının son günü ABŞ və “Taliban” Qətərdə sülh razılaşması imzalayıblar. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, “Taliban”ın zorakılıqdan çəkinəcəyi təqdirdə, Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində isə “Taliban” Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər “daimi və hərtərəfli barışıq” haqqında da razılığa gəliblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə