Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Trampın məndən əvvəl Putinə zəng etməsi... - Zelenski

Ukrayna Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün Moskva və Vaşinqton arasında aparılan ikitərəfli danışıqların heç bir nəticəsini qəbul etməyəcək.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. Bizsiz Ukrayna ilə bağlı hər hansı ikitərəfli danışıqları qəbul etməyəcəyik", - deyə o bildirib.

Zelenski əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın ona zəng etməzdən əvvəl Rusiya lideri Vladimir Putinlə telefonda danışması onun üçün olduqca xoşagəlməz faktdır:

"Zəng zəngdir, mən hər şeyi başa düşürəm, lakin görüşlər bizim üçün prioritetdir: Ukrayna - Amerika".

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə