Trampın tərəfdarı maşını etirazçıların üstünə sürdü
ABŞ Prezidenti Donald Trampın tərəfdarı avtomobilini Nyu Yorkun “Tayms Skver” meydanında aksiya keçirən “Black Lives Matter” fəallarının üzərinə sürüb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Nyu York Deyli Nyus” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, meydanda təxminən 300 nəfər olub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis şübhəli şəxsin Donald Trampın tərəfdarı olduğunu təsdiqləyib. Bildirilib ki, həmin şəxs Trampı dəstəkləmək üçün keçirilən aksiyaya gəlib.
Faktla bağlı polis araşdırmalara başlayıb.