Türkiyə mediası bu azərbaycanlı jurnalistdən yazır
Türkiyənin onlarla saytı Axar.az portalının əməkdaşı, hazırda Türkiyədəki yanğın bölgələrində olan Turan Rzayev haqda reportaj paylaşıb.
Axar.az xəbər verir ki, Turan Rzayevin yenicə ailə qurmasına diqqət çəkilib. Bildirilib ki, T.Rzayev bal ayını yarımçıq kəsərək, Türkiyədəki yanğın ərazilərinə gedib.
T.Rzayev mediaya açıqlamasında Türkiyəni uşaqlıqdan sevdiyini bildirib, Azərbaycan-Türkiyə qardaşlığından danışıb və bunu mənəvi borcu saydığını qeyd edib.
Qeyd edək ki, T.Rzayevlə bağlı xəbəri Haber-7, Haberturk, Yeni Akit, Haber2s, Beyazgazete, Haberbulteni, Ensonhaber, Aydin24haber, İHA, Marmmaris TV və s. sayt, qəzet və agentliklər yayımlayıb. Eyni zamanda, kanallar da T.Rzayevin fədakarlığını, yanğınlar haqda təkcə reportaj vermədiyini, daha təhlükəli yerlərə getdiyini, gördüyü yanğın ocaqlarını söndürməyə çalışdığını qeyd edib.