Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 13 terrorçunu zərərsizləşdirdi


Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında həyata keçirilən “Pence-Kilit” əməliyyatı çərçivəsində 13 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” kanalında məlumat verilib.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz “Axtar, tap, yox et!” şüarı ilə terrorçuların üzərinə dəmir yumruğunu endirməyə davam edir!


İraqın şimalındakı “Pence-Kilit” əməliyyatı çərçivəsində və Hakurk bölgələrində aşkarlanan 13 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək!”, - deyə paylaşımda qeyd edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə