Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Türkiyə XİN İranda baş verən terror aktını pislədi



Türkiyə Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində baş verən terror aktını pisləyib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

"İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - açıqlamada bildirilib.

Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə