Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Türkiyədə 31 vilayətə giriş-çıxış qadağasının vaxtı daha bir gün uzadıldı

Türkiyənin Ankara, İstanbul və İzmir daxil olmaqla, 31 vilayətinə giriş-çıxış qadağası mayın 4-də yerli vaxtla saat 24.00-a qədər uzadılıb.

Xeberinmerkezi.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti mayın 4-də növbəti toplantı keçirəcək. Videokonfrans formatında olacaq toplantının gündəliyində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yolları müzakirə olunacaq. Hökumət normallaşma prosesinin mərhələli qaydada həllini istəyir. İnfeksiyaya qarşı mübarizə tədbirlərinə edilən dəyişiklik barədə hökumətin iclasından sonra məlumat veriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 126 045 nəfərə yüksəlib, 3 397 nəfər ölüb, 63 151 nəfər sağalıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə