Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Türkiyədə güclü zəlzələ: əhali küçələrə axışdı


Türkiyənin Malatya şəhərində 5,2 və 4,7 bal gücündə ardıcıl olaraq zəlzələ baş verib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Üç dəqiqə fərqlə baş verən təkanlardan sonra əhali küçələrə çıxıb.

Episentri Malatyanın Battalqazi ilçəsi olan zəlzələ yerin 6,36 km dərinliyində meydana gəlib.

Zəlzələdən dolayı Daxili İşlər Nazirliyi və AFAD-ın müvafiq strukturları gücləndirilmiş iş rejimə keçib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə