Türkiyədə şiddətli zəlzələ olub
Türkiyənin İstanbul şəhərində şiddətli zəlzələ baş verib.
Xeberinmerkezi.az xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələ 5.9 bal gücündə olub.
Yeraltı təkanlar təxminən 30 saniyə davam edib.
Zəlzələ nəticəsində dağıntı olmasa da, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, yeraltı təkanlardan sonra yerli GSM operatorlarının fəaliyyətində nasazlıq yaranıb.
Qeyd edək ki, bu gün səhər saatlarında da istanbulda 3.6 bal gücündə zəlzələ baş vermişdi.
Dəhşətli zəlzələ nəticəsində İstanbulun Avcılar bölgəsində yerləşən məscidin minarəsi dağılıb.