Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Türklər Bakı paradından bizə dedilər: Ermənilər, hazırlaşın!

Bu dəfə hərbi əməliyyatlar 2016-cı ilin aprelindəkindən daha geniş miqyasda olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Birinci kanala müsahibəsində Ermənistanın birinci kəşfiyyat-diversiya dəstəsinin banisi və komandiri Vova Vardanov deyib. Bakıda 26 iyunda baş tutan irimiqyaslı hərbi paradı şərh edən Vardanov bildirib ki, genişmiqyaslı əməliyyata hazırlaşmaq lazımdır:

“Türklər (azərbaycanlılar – red.) bizə növbədi dəfə dedilər: ermənilər, hazırlaşın!”

Vardanovun sözlərinə görə, Bakı hələlik əzələ nümayiş etdirir və yaxın müddətdə əməliyyata başlamayacaq. Bu isə Ermənistanın həm ictimai-psixoloji, həm də hərbi baxımdan hazırlaşması üçün vaxtının olması deməkdir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə