Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
15.09.2017

Təhsil naziri Mikayıl Cabbarovun “Bilik günü” münasibəti ilə təbriki

Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər!

 Sizi  yeni təhsil  ili  münasibətilə  təbrik edirəm!    

“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına  qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə  qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan  hörmətdir.

Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.

Əziz müəllimlər, tələbələr və şagirdlər!

Hər bir başlanğıc yeni imkandır.

“Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!

Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər! Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə