Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
01.09.2018

4053 yeni müəllimin adı bəlli oldu

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.  Cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər 5 sentyabr 2018-cı il tarixinədək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin elektron poçt ünvanına – irm@tipii.edu.az göndərə bilərlər. Sözügedən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq apellyasiya komissiyası tərəfindən baxılacaq.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə