Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukrayna baş nazirinin müavini: “Rusiya rəhbərliyi ölən əsgərlərin cəsədlərini götürməkdən imtina edir”

Rusiya rəhbərliyi Ukraynada ölən hərbçilərinin cəsədlərini götürməkdən qəti şəkildə imtina edir. Bu barədə baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.

"Ruslar hətta bu məsələ ilə bağlı danışıqlardan belə imtina edirlər", - "İnterfaks-Ukrayna" Vereşukdan sitat gətirir.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti ölən əsgərlərin cəsədlərini götürmək istəmir ki, onların anaları, həyat yoldaşları və qızları hərbi əməliyyatların real miqyası və insan itkiləri barədə xəbər tutmasınlar.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə