Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukrayna ordusu Dnepr çayını keçib



Ukrayna qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilinə keçib.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İstitutun analitikləri rus hərbi jurnalistlərin məlumatlarına istinad ediblər. Bildiriblər ki, Ukrayna ordusunun Xerson vilayətinin sol sahilində olması ilə bağlı ruslar xeyli sayda məlumatlar təqdim ediblər.

“Rus blogerlər tərəfindən aprelin 22-də yayılan geolokasiya kadrlarından görünür ki, Ukrayna hərbçiləri Xersondan 7 km cənub-şərqdə yerləşən Oleşekdə mövqelər tutub və E97 magistralındakı yaşayış məntəqəsindən şimala, eləcə də Xersonun 10 km cənubundakı Daçidən qərbə irəliləyiblər. Kadrlar həmçinin göstərir ki, rus qoşunları Antonovski körpüsü yaxınlığında Ukrayna hərbçilərinin mövqelərindən yarım kilometr şimalda yerləşən Konka və Çayka çaylarındakı adalara nəzarət edə bilmir”, - məlumatda qeyd olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə