Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukrayna Rusiyanın daha iki qırıcısını vurdu



Bu gün səhər hava hücumundan müdafiə qüvvələri şərq istiqamətində Rusiyanın Su-34 qırıcı-bombardmançı və Su-35 qırıcısını vurub.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat yayıb.

“19 fevral 2024-cü il səhəri. Şərq istiqaməti. İşğalçının daha iki təyyarəsi! Bu, bizim torpağımız və səmamızdır! Hərbi işinizə görə hamınıza təşəkkür edirik! Davamı olacaq!” - o yazıb.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də təsdiqləyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə